1586723241
Qıy Vaar!

Advertise on podcast: Qıy Vaar!

This podcast has
13 episodes
Language
English
Publisher
Qıy Vaar!
Explicit
No
Date created
2021/09/20
Latest episode
2022/07/02
Average duration
31 min.
Release period
26 days

Description

Seks,seksuallıq,seksual həzz və sağlamlıq,kuir-feminist aktivizminə aid podkast seriyası.

Unlock Qıy Vaar! podcast Email contact info,
Listeners & Audience details

Email contact information

Direct podcast contact details

Listeners

Audience numbers & engagement insights

Audience details

Podcast Insights

Podcast episodes

Check latest episodes from Qıy Vaar! podcast


LGBTQ jurnalistika və azad media
2022/07/02
Bir müddətdir sosial mediada, xüsusən azad media nümayəndələri tərəfindən danışılan "Media Haqqında qanun" 08 fevral .2022 tarixindən etibarən rəsmi olaraq qüvvəyə mindi. Azərbaycan Respublikasının Konstitusiyasının 94-cü maddəsinə əsaslanaraq Kütləvi informasiya vasitələri sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, habelə kütləvi informasiya vasitələrinin əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydaları artıq konkret şəkildə dövlət maraqlarına uyğun bir şəkildə formalaşdırılmağa cəhd ediləcək. Belə ki, artıq jurnalistlər gizli çəkilişləri “günahkarların” icazəsi olmadan paylaşa bilməyəcək, küçədə baş verənləri, bölmələrdə qadınları öldürən polislərin kefi istəməsə, çəkə bilməyəcək və s. Bu epizodda mediada LGBTQ təmsilçiliyi ve kuir jurnalist olmaq haqda Sevgi ilə danışacağıq.
Azərbaycanda seks işçisi olmaq və dövlət repressiyası
2022/06/30
Seks işçiliyi sahəsində çalışan insanlar üçün, “seks işi” termininin istifadəsi əmək nöqteyi-nəzərindən ödənişli cinsi xidmət məsələsini müzakirəyə açmışdır. “Seks işi” termini əmək haqqı qarşılığında müxtəlif formalarda seksuallıq sahəsində çalışan insanları əhatə edir və seks işini xidmət sektorunun bir qolu hesab edilir. Azərbaycanda seks işçiliyi ilə bağlı qəbul edilən qanunlar havada qaldığı üçün seks işçilərinə polislərin müdaxilələri, LGBTQ+ ovları, dövlət basğıları dəfələrlə yaşanmış haldır. Öncədən məlumatlandırmaq istəyirəm ki, bu epizodda narahatedici hallar barəsində danışılacaq. Əgeər xəbərdarsınızsa, davam edə bilərik. Bu epizodun qonağı Sənandır.
Azərbaycanda lezbiyanların icmalaşma problemi
2022/06/26
Binar cəmiyyətlərdə genderlərimiz, cins və cinsi oriyentasiyalarımız həyatımızla birgə binarlaşdırılır, əlimizdən alınmağa cəhd edilir. Qadın olaraq təyin olunan və/və ya qadın olan, yaxud da hansısa periodda qadın sosiallaşması yaşamış şəxslərin seksuallığı patriarx sistem tərəfindən 2-ci plana atılır. Bəzən də heç göstərilmir. Bu epizodda lezbiyan görünürlüyü, qeyri-binar lezbiyanlıq və lezbiyan icmanın səfərbərlik problemləri haqda podkastımızın illustratoru da olan Mofu ilə danışacağıq. Aparıcı: Əli Məlikov Qonaq: Mofu
İİV və QİÇS: İİV fobiya və stereotiplər
2022/06/07
İİV/QİÇS daşıyıcısı olan fərdlərlə işləyən qurum və komandaların azlığı İİV/QİÇS haqqında olan stereotiplərin artmasına səbəb olur. Azərbaycanda daşıyıcıların sosializasiya və ictimailəşməsi üçün yeganə yer rəsmi QİÇS mərkəzi olduğu üçün İİV-ə yoluxmuş şəxlər arasında sosiallaşma olduqca məhduddur. İİV/QİÇS-lə bağlı məlumatsızlıq yoluxmuş fərdlərə qarşı fobiyalar yaradır. Podkastımızda qonağımızla İİV/QİÇS ilə bağlı dezinformaisya və mifləri araşdıracayıq. Biz həmçinin mövzu ilə bağlı hökümətin daşıdığı vəzifələri icra edib-etməməsi barədə danışacağıq.
"Qıy Vaar!" qayıdış elanı
2022/05/25
"Qıy Vaar!"-ın yaxın gələcəyi ilə bağlı host Əli Məlikov və illustrator Mofu dinləyicilərə məlumat verir.
Veqan kuir-feministlər, ətin seksual siyasəti, eko-feminizm
2021/11/11
Heyvanların ölü bədənlərini necə istifadə edəcəyimizi öyrəndiyimiz kimi qəzəbi də necə idarə edəcəyimizi öyrəndik.Yara-bərədir,dəyişimdir demişkən sağ qaldıq və böyüdük deyə ancaq lordun nitqi ilə queer veganlar epizoduna başlayırıq.Epizodun qonağı isə Turanadır.
Kuir makiyaj bloggeri
2021/10/23
Makiyaj ilk olaraq gözlərə çəkilən sürmə kimi olmağa başlayır, daha sonra fərqli formalarda fərqli mədəniyyətlərə assossasiya edir və bəzi insanların, performansların, məkanların əvəzolunmaz hissəsinə çevrilir. Bir çox mövzuda olduğu kimi makiyaj və ya makiyaj etmək, makiyaj işi, salonları da Azərbaycanda stereotiplərlə varlığını qoruyur. Bu gün kuir kimlik və makiyaj, kuir makiyaj bloggerliyi haqda danışacağımız epizodun qonağı Emiliandır.
Təhsil sistemi və LGBTİQ+lər
2021/10/14
Təhsil sistemində kuirlərin görünürlüyü necədir? Məktəb və universitetlərdə var olma mübarizəmiz və ayrı-seçkiliklər haqda danışdığımız epizodun qonağı Dənizdir.
Bi+ görünürlüyü, bifobiya və monoseksizm
2021/10/08
İnsanlar içərisində bi+lər birbaşa olaraq homoseksual və ya heteroseksual olaraq təqdim edilərkən bir çoxlarımız insanların biseksual olacağı ehtimalını da düşünmürük. Məcburi heteroseksuallığın və monoseksizmin insanları çərçivələdiyi bir dövrdə bundan çətinlik çəkən icmalardan biri də bi+lərdir. Bi+ siyasəti yetəri qədər aktiv deyil, biseksuallıq aktivizm panelində yetəri qədər danışılmır, material və müzakirələr hazırlanmır. Monoseksizmin patriarxiya və heteroseksizmlə zəncir kimi bağlı olduğunu danışdığımız epizodun qonağı Linadır.
Kuir miqrasiyası
2021/09/28
Növbəti epizod "Kuir miqrasiyası"-dır. "Haçan miqrasiya edə bilərik?", "Sığınacaq və hüquq işləri necədir?", "Getdiyimiz yerdə kuirfobiya görə bilərik?" kimi suallarınız varsa, qulaqlarınızı açın, kuir miqrant olmaq və miqrasiya haqda danışdığımız seriyanın qonağı Rəvan Nəsimidir.
Qəhbə utandırma (slut-shaming) nədir?
2021/09/24
Slut-shaiming nədir? Kim slut-shaming edir və kimlər məruz qalır? Bu mövzular haqda danışdığımız seriyanın qonağı Nərmindir. Epizod boyu harada və necə "qəhbə", "petux", "pozğun" kimi damğalanmağa məruz qaldığımız, ifadələrin iqtidarını öldürmək, dolayı və birbaşa yolla olunan qəhbə ayıblama (yaxud da slut-shaming) barəsində danışmışıq.
Transfobiya, trans icmalarına dövlət və polis basğısı
2021/09/21
 İnstitusional transfobiya nədir? Trans icmaları nə üçün görünür ola bilmir? suallarını müzakirə edəcəyimiz epizodun qonağı Vüsalədir. Seriya boyu Azərbaycanda trans icmalarının üzləşdiyi problemlərdən bəzilərini, səbəbləri və LGBTİQ+ icmasına qarşı olan dövlət, polis basğıları, transfob məkanlar, son illərdə bloqqer və jurnalistlərin adı ilə olunan hücumlar haqda danışmışıq.

Podcast reviews

Read Qıy Vaar! podcast reviews


0 out of 5
0 reviews

Podcast sponsorship advertising

Start advertising on Qıy Vaar! relevant audience podcasts


What do you want to promote?