1470899593
The Valiyev Show

Advertise on podcast: The Valiyev Show

Rating
★★★★★
5
from
2 reviews
This podcast has
107 episodes
Language
English
Explicit
No
Date created
2019/07/01
Latest episode
2026/10/04
Average duration
11 min.
Release period
19 days

Description

Elit Performans, Liderlik, Kouçinq, Sahibkarlıq.

Unlock The Valiyev Show podcast Email contact info,
Listeners & Audience details

Email contact information

Direct podcast contact details

Listeners

Audience numbers & engagement insights

Audience details

Podcast Insights

Podcast episodes

Check latest episodes from The Valiyev Show podcast


10-10-10: Düzgün Qərar
2026/10/04
Qərar verərkən yalnız bu günü deyil, 10 dəqiqə, 10 ay və 10 il sonranı düşün. Bu epizodda 10-10-10 yanaşmasını və 10-10-10 alətini istifadə edərək daha aydın, daha şüurlu və daha düzgün qərarlar verməyin yolundan danışıram.
Qərarın Nəticəsi ≠ Qərarın Keyfiyyət
2026/09/17
Description: Yaxşı nəticə həmişə düzgün qərar verdiyimiz demək deyil. Pis nəticə də həmişə səhv qərar verdiyimiz anlamına gəlmir. Bu epizodda qərarlarımızı yalnız nəticəyə görə qiymətləndirməyin niyə təhlükəli olduğunu danışıram. Qərar verərkən əlimizdə olan məlumatı, ehtimalları, riskləri və düşünmə prosesimizi necə qiymətləndirməliyik? Nəticədən asılı olmayaraq qərarvermə prosesimizi necə daha sistemli və daha düzgün edə bilərik? Çünki məqsəd hər dəfə düzgün nəticə əldə etmək deyil. Məqsəd düzgün qərar vermə ehtimalımızı artıran daha yaxşı bir düşünmə sistemi qurmaqdır.
Beyin Niyə Disiplindən Qaçır — Və Həlli
2026/06/01
Bu epizodda sizinlə çox sadə, amma son dərəcə effektiv bir metod paylaşıram. Beynimiz həmişə yeni şeylər axtarır — bu onun təbiətidir. Amma bu təbiət bizim disiplinimizin, davamlılığımızın və məhsuldarlığımızın ən böyük düşmənidir. Bu metod məhz bunun qarşısını almağa kömək edir. Çətin işlərə başlamağı, başladığını bitirməyi və hər gün özündən daha yaxşı olmağı öyrədir. Asan deyil. Amma işləyir. məhsuldarlıq, disiplin, davamlılıq, vərdiş, özünüinkişaf, beyin, fokus, zehni güc, motivasiya, hədəf, uğur, kouçinq, Azərbaycan podkastı, azərbaycanca podkast, The Valiyev Show, İsmayıl Valiyev.
Səni Yoran İşlər Deyil, Gözləntilərindir.
2026/05/30
Bu epizodda niyə bəzən özümüzə lazımsız stress yaratdığımızdan danışdım. Daim məhsuldar olmağa çalışmağın görünməyən mənfi tərəflərini, stresin əsas səbəblərini və bununla necə daha sağlam şəkildə baş edə biləcəyimizi araşdırdıq. Həmçinin vaxtımızın, enerjimizin və əlimizin altındakı resursların fərqində olub, buna baxaraq qərar verməyin niyə bu qədər vacib olduğundan danışdıq.
Növbəti Ən Kiçik Addım — Prokrastinasiyaya Qarşı Ən Güclü Silah
2026/05/21
Sən heç bir işi başlamaq istəyib, amma haradan başlayacağını bilməyib donub qalmısan? Bəlkə problem motivasiya yox, addımın özüdür. Bu epizodda "Növbəti Ən Kiçik Addım" metodundan danışırıq — beyni aldatmağın ən sadə, ən effektiv yolu. Böyük hədəf yox, bir kiçik hərəkət. Sadəcə bir. Qulaq as və bu gün özün üçün sına.
Kimliyini dəyiş. Həyatın dəyişəcək.
2026/05/02
Kimliyin Gücü Bu epizodda davranış, vərdişlər və həyatı dəyişmək üçün kimliyin nə qədər önəmli olduğunu və bununla bağlı nə etməli olduğumuzu danışırıq. . . . . . #şəxsiinkişaf #liderlik #psixologiya #özünüinkişaf #intizam #mindset #discipline #leadership #selfdevelopment #azeripodcast
Başlayan Yox, Bitirən Ol
2026/03/29
Bu epizodda çətinliyin niyə normal olduğunu danışdım. Biz niyə çətinliyi problem kimi görürük və bu düşüncə bizi necə saxlayır. Əslində çətinliyi normal qəbul edəndə oyun dəyişir.
Fasilə Səni Ya Qurtarır, Ya Da Bitirir
2026/03/26
Gün ərzində işləyirik. Amma problem iş deyil — fasilələrdir. Bu epizodda müzakirəmiz: Niyə bəzi fasilələr səni bərpa etmir, əksinə daha da yorurFasilə zamanı nə etdiyinin nəticəni necə dəyişdiyiniNecə “real” istirahət edib enerjini geri qazana bilərsən Bu, sadəcə fasilə deyil. Bu, performansını ya yüksəldən, ya da dağıdan qərardır.
Boş Yorğunluq Problemi
2026/03/24
Gün boyu çox işləyirsən… amma günün sonunda qəribə bir boşluq hiss edirsən. Yorğunsan, amma bu yorğunluq səni qane etmir. Sanki işlədin… amma nəyəsə çatmadın. Bu epizodda bu hissin əsl səbəbini açıram. Niyə çox işləmək səni doldurmur? Niyə busy olmaq ≠ fulfilled olmaqdır? Səninlə paylaşacam: konkret yanaşmalar, praktik metodlar, və gündəlik istifadə edə biləcəyin real alətlər. Əgər günün sonunda boş hiss edirsənsə, bu epizod sənin üçündür.
Beynini Təmizlə: Mənfi Səslərdən Qurtul
2026/03/23
Bu epizodda daxildə olan bütün mənfi fikirləri və hissləri kağıza tökməyin gücündən danışıram. Niyə yazmaq beynini yüngülləşdirir, problemləri necə aydınlaşdırır və həll yollarını daha tez tapmağa kömək edir Əgər beynin doludursa və çıxış yolu axtarırsansa, bu epizod sənlikdir.
Gözləyə Bilən Qazanır
2026/03/16
Bu epizodda gözləməyin gücü haqqında danışırıq. Stanford Universitetində aparılmış məşhur marshmallow eksperimenti göstərir ki, gözləyə bilən insanlar uzun müddətdə daha uğurlu olur. Amma əsas sual budur: niyə gözləmək bu qədər çətindir və necə olur ki, bəziləri bunu bacarır, bəziləri isə yox? Bu epizodda səbrin, özünü idarə etmənin və uzunmüddətli düşünməyin həyatımıza necə təsir etdiyini qısa və praktik şəkildə izah edirəm.
İş çox, vaxt az — necə çatdıraq?
2026/03/14
Bir çox insan az işlədiyi üçün yox, çox işlədiyi halda belə özündən razı qalmadığı üçün yorulur. Bəzən gün boyu işləyirik. Vacib işlər görürük. Hətta çox insandan daha çox işləyirik. Amma günün sonunda yenə də bir hiss qalır: “Daha çox etməli idim.” Bu epizodda danışdığımız mövzu budur. Niyə çox işləsək belə beynimiz bunu kifayət saymır? Niyə daim geridə qalmış kimi hiss edirik? Və necə edə bilərik ki, həm çox işləyək, həm də günün sonunda özümüzdən razı olaq? Əgər sən də tez-tez belə düşünürsənsə, bu epizod sənə çox tanış gələcək. Çünki problem çox işləməmək deyil. Problem nəyə görə işlədiyini bilməməkdir.
Özümüzə Qarşı Müharibə: Şüur və Şüuraltının Gizli Döyüşü
2026/02/27
Bu epizodda özünü sabotajın dərin səbəblərini açırıq. Bəzən problem iradə zəifliyi deyil. Bəzən problem illər əvvəl yazılmış daxili proqramdır. Əgər eyni səhvləri təkrar etdiyini hiss edirsənsə, bu epizod sənə ayna olacaq.
Cəld Qərar Vermək Sənəti
2026/01/27
Bu epizodda qərar vermək üçün niyə bu qədər çox düşündüyümüzü və bunun bizi necə yorduğunu danışırıq. Dizayn düşünmə yanaşmasından istifadə edərək, qərarları mükəmməl etmək yox, irəlilətmək üçün necə düşünməli olduğumuzu izah edirəm. Əgər qərar vermə prosesi səni ilişdirirsə və “doğru qərar” axtarışı səni hərəkətsiz qoyursa, bu epizod sənindir.
Az Danış, Çox Et... Şəxsi Təcrübə, Düşüncələr və Öyrənilən Dərslər #3
2026/01/19
Çox insan hədəflərinə çatmır, çünki çox danışır. Bu epizodda öhdəliklərimizi və planlarımızı paylaşmağın niyə bizi daha güclü yox, daha zəif etdiyini izah edirəm. Danışmaq motivasiyanı necə vaxtından əvvəl xərcləyir, həvəsi necə öldürür və niyə səssiz işləmək daha təhlükəli dərəcədə effektlidir — hamısı bu epizodda.

Podcast reviews

Read The Valiyev Show podcast reviews


5 out of 5
2 reviews
★★★★★
Hazimlerden 2019/07/15
Basarilar!
Diger isleriniz gibi bunu da cok sevecegimiz kesin. Keep it up!!
check all reviews on apple podcasts

Podcast sponsorship advertising

Start advertising on The Valiyev Show relevant audience podcasts


What do you want to promote?