Unlock PLANET FM podcast Email contact info,
Listeners & Audience details
Email contact information
Direct podcast contact details

Listeners
Audience numbers & engagement insights

Audience details
Podcast Insights

Podcast episodes
Check latest episodes from PLANET FM podcast
Qafqaz Albaniyası Haqqında Gizlədilən Həqiqətlər: Erməni Saxtakarlığı Necə İfşa Olundu?
2026/10/21
Planet FM-in "Zaman Maşını" verilişində AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru və ADA Universitetinin müəllimi Gülanə Əliyeva Qafqaz Albaniyasının əsl cənub sərhədləri (Araz çayı), antik dövr şəhərsalma mədəniyyəti, Kiş məbədinin sirri, alban kilsələrinin erməniləşdirilməsi cəhdləri və arxeoloji qazıntılar zamanı tapılan unikal artefaktlar haqqında dəyərli faktları bölüşür.
Aparıcı: Nigar Məmmədova
Dünya Nəhəngləri Bakıda | PAŞA Holding-in Böyük Layihəsi | InMerge İnnovasiya Sammiti 2026
2026/10/21
Regionun ən böyük innovasiya və startap tədbiri olan "InMerge Innovation Summit" bu il 6-cı dəfə Bakıda baş tutur! PAŞA Maliyyə Holdinqinin dəstəyi ilə keçirilən bu möhtəşəm sammitdə Nike, Google X, Nobel mükafatçıları və dünyaca məşhur texnologiya mütəxəssisləri çıxış edəcək.
Bu müsahibədə "InMerge" Sammitinin meneceri Ülviyyə Mehralıyeva ilə birgə sammitin məqsədləri, tələbələr və startaplar üçün pulsuz iştirak imkanları, həmçinin xarici ölkələrə (Peru, Avstraliya, Özbəkistan) maraqlı səyahət təəssüratlarını müzakirə edirik.
Aparıcı: Rəhman Rəsulov
Qonaq: Ülviyyə Mehralıyeva
Dayanıqlı Şəhərlər
2026/10/19
Layihənin əsas məqsədi elm, təhsil və innovasiyaları geniş ictimaiyyət üçün daha əlçatan, anlaşıqlı və maraqlı etməkdir. ABŞ-nin nüfuzlu Stanford Universitetinin Dayanıqlı Əməliyyatlar üzrə proqramının məzunu Aybəniz İsmayılovanın təqdimatında dinləyicilər ADA Universitetinin müəllim-professor heyəti, tədqiqatçıları və tələbələri ilə aparılan maraqlı müzakirələrdə gündəlik ekoloji vərdişlər üçün praktiki məsləhətlər, idarəetmədə yaşıl təşəbbüslər, dayanıqlıq proseslərinin həyatımızda təzahürü haqqında məlumatlar öyrənəcəklər.
DÜNYANI GƏZMƏK ÜÇÜN ÇOX PULLU OLMAQ LAZIMDIR? 🚗✈️ | Orxan Aslanov ilə Səyahət Sirləri və Likya Yolu!
2026/10/16
Həyatı zövqlə yaşamaq, fərqli ölkələri kəşf etmək və rutin iş rejimindən azad olmaq mümkündürmü?
“Planeti VISA ilə kəşf edək” rubrikasının növbəti qonağı fotoqraf, səyahətçi və bloqer Orxan Aslanov səyahət həvəskarları üçün inanılmaz həyat təcrübələrini, "lifehack"ləri və ən maraqlı marşrutları bölüşür!
60 Nəfərlə Kruiz Səyahəti: Ailəvi Macəralar və Unudulmaz Təəssüratlar!
2026/10/16
“Planeti VISA ilə kəşf edək” rubrikasının növbəti qonağı kruiz və ailə səyahətləri üzrə ekspert Lalə Əhmədova oldu.
Səməd Vurğun Haqqında Gizli Qalan Faktlar! | 120 İllik Yubiley Xüsusi Buraxılışı
2026/10/16
Səməd Vurğunun 120 illik yubileyində dahi şairin həyatı, yaradıcılığı və heç yer də eşitmədiyiniz sirli faktlar açıqlanır! Səməd Vurğun kimdir, Sovet ideologiyası ilə münasibətləri necə olub və "Vaqif" dramının orijinal sonluğunda nə gizlənirdi?
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı "Planet FM"də Nigarın təqdimatında Səməd Vurğun irsini, Vəkilovlar şəcərəsini, Yusif Səmədoğlu və Vaqif Səmədoğlunun ədəbi dünyasını təhlil edir.
Səməd Vurğunun 120 illik yubileyi"Vaqif" dramı, "Komsomol poeması" və "İnsan" əsərindəki gizli ideoloji mesajlarQobustan qayalarını məhv olmaqdan xilas edən Vurğun cəsarəti"Yevgeni Onegin" və "Leyli və Məcnun" tərcümələrinin pərdəarxasıVəkilovlar ailəsi: Şairin övladları ilə münasibətləri və maraqlı xatirələr
Zirvələrə Doğru: Vəfa Musayeva ilə İradə və İnam Hekayəsi
2026/10/16
Everest və Lhotze zirvələrini fəth edən ilk azərbaycanlı qadın alpinist, pedaqoq və kouç Vəfa Musayeva "Qadın deyir ki" verilişində! Günel Mavliyarovanın təqdimatında baş tutan bu ilhamverici söhbətdə dağlara olan sevgidən, ictimai qınaqları aşmaqdan və insanın öz daxili gücünü kəşf etməsindən bəhs olunur.
Avropanın Ən Qərb Nöqtəsi: Roka Burnu - Portuqaliya, İordaniya və Çin Səyahəti - Ucuz Səyahət Etmək
2026/10/15
Dünyanı gəzmək üçün çox büdcə lazımdır?
“Planeti VISA ilə kəşf edək” rubrikasının növbəti qonağı səyahət bloqeri Gülşən Savadova Portuqaliya (Roka burnu, Lissabon, Portu), İordaniya (Petra) və Çin (Şanxay, Pekin) səyahətlərinin bütün incəliklərini, xərclərini və unikal təcrübələrini bölüşür.
Aparıcı: Rəhman Rəsulov
Niyə narahatıq, amma dəyişmirik? Ekoloji düşüncə və gündəlik vərdişlər
2026/10/15
Planet FM-in “İqlim Gündəliyi” verilişində bu dəfə ekoloji maarifləndirmə və iqlim dəyişikliyindən, gənclərin ətraf mühitə münasibətindən və gündəlik həyatda “yaşıl vərdişlərin” əhəmiyyətindən danışırıq. Verilişimizin bu dəfəki qonağı “Həyata Səs” Ekoloji-Sosial Təşəbbüsün rəhbəri Aytunc Nəcəfovadır.
Aytunc Nəcəfovayla təşəbbüsün hansı ekoloji problemləri həll etməyə çalışdığını, məlumatlılıq ilə gündəlik davranış arasındakı fərqin səbəblərini və Azərbaycanda gənclərin ekoloji məsələlərə yanaşmasını müzakirə edirik. Söhbətimizdə həmçinin plastik tullantıların ətraf mühitə mənfi təsirindən və tullantılardan bioplastik əldə etmək istiqamətində görülən işlərdən danışırıq. Qonağımız təşəbbüsün fəaliyyəti zamanı qarşılaşdığı çətinlikləri, insanların davranışında müşahidə etdiyi dəyişiklikləri, “yaşıl vərdişlərin” nə olduğunu və ekoloji maarifləndirmə istiqamətində gələcək planlarını bölüşür.
Meksikaya Necə Gedək? Viza Şərtləri, Qiymətlər və Təhlükəsiz Şəhərlər
2026/10/15
Nyu-Yorkun soyuq havasından qaçıb Karib dənizinin isti sahillərinə uzanan unikal bir səyahət hekayəsi!
“Planeti VISA ilə kəşf edək” rubrikasının növbəti qonağı səyahətçi Renat Məcidov Planet FM-də Meksika səyahəti, viza qaydaları, bilet qiymətləri və "gizli" gəzməli yerlər haqqında şəxsi təcrübələrini bölüşür.
Aparıcı: Rəhman Rəsulov
Astrologiya YALANDIR, YOXSA ELM? - Doğum xəritəsi, yüksələn bürc...
2026/10/13
Bürclər və ulduz falları həqiqətən həyatımızı idarə edir, yoxsa bu sadəcə populyar mədəniyyətin bir hissəsidir? Retroqrad Merkuri və Venera dövründə niyə həyatımızda xaos baş verir?
"Zaman Maşını" verilişinin bu buraxılışında "Doğum xəritəsinin daxili inkişafımıza təsiri" kitabının müəllifi, astroloq Aişə Mustafayeva ilə astrologiyanın elmi tərəflərini, yüksələn bürcün (Ascendant) gizli mənalarını və doğum xəritəsi (Natal Chart) təhlilinin psixologiya ilə əlaqəsini təhlil edirik.
Aparıcı: Nigar Məmmədova
Nizami Gəncəvi Farsdır, Yoxsa Türk? — Aqşin Yeniseydən Maraqlı Faktlar
2026/10/13
Planet FM-in "Zaman Maşını" verilişində şair, yazıçı və publisist Aqşin Yenisey Nizami Gəncəvi, İmadəddin Nəsimi və Şərq-Qərb fəlsəfəsi haqqında ezoterik, tənqidi və sarsıdıcı fikirlərini bölüşür.
-Nizami Gəncəvini "qürurlu bir heykəl"ə çevirmişik, yoxsa o, canlı mənbədir?
-Nizami Şərq mistiki, yoxsa Aristotel fəlsəfəsinə söykənən Qərb intellektualı idi?
-Dərisi soyulan Nəsimi və "müsəlman dünyasının İsası" obrazı!
-Sovet ideologiyasının ədəbiyyatı bütləşdirməsi və müasir ədəbiyyatda funksionallıq problemləri.
Aparıcı: Nigar Məmmədova
Yaponiyada Bu Səhvi ETMƏYİN! - ABŞ, Yaponiya və Azərbaycanda Etiket Qaydaları
2026/10/13
“Planeti VISA ilə kəşf edək” rubrikasında etiket qaydaları üzrə mütəxəssis Cəmilə Musayeva ilə Yaponiya, ABŞ və Balidəki fərqli cəmiyyət və biznes etiket qaydalarını müzakirə etdik. Yaponiyada nağd pulun əldən-ələ verilməməsi, küçədə yemək qadağaları, ABŞ-də birbaşa ünsiyyət və Azərbaycanda "sətiraltı" mədəniyyətin incəlikləri bu verilişdə!
Aparıcı: Rəhman Rəsulov
Hərbi sahədən Afrikaya: Tanzaniya Safarisi və Zənzibar Səyahəti!
2026/10/13
“Planeti VISA ilə kəşf edək” rubrikasında Tanzaniya və Zənzibar səyahəti haqqında hər şey!
Səyahətçi və tur bələdçisi Sofiya Ağazadə hərbi sahədən səyahət dünyasına keçid hekayəsini, Afrika safarisini və Zənzibar gəzintisini təfərrüatı ilə bölüşür.
🌍 Afrika ölkələrinə viza və sığorta qaydaları
🦁 Tanzaniyanın Mikumi Milli Parkında safari təcrübəsi və qiymətlər
🏖️ Zənzibar adasında su çəkilməyən ən yaxşı hotel əraziləri (Nungwi)
💸 Afrikada qiymətlər: Yemək, nəqliyyat və gəzinti xərcləri London və İsveçrəyə səyahət məsləhətləri
Aparıcılar: Rəhman Rəsulov, Cavid Neymətzadə
Səyahətə Hardan Başlamalıyıq? ✈️ Şengen Vizası Almağın və Asiyaya Ucuz Səyahətin Yolları
2026/10/09
Səyahət etmək istəyirsiniz, lakin büdcəyə uyğun səyahət və Şengen vizası almaq prosesləri sizə çətin gəlir?
🌍 “Planeti VISA ilə kəşf edək” rubrikasında turizm mütəxəssisi Ağa Kərimov ilə ucuz aviabilet tapmaq, Avropa vizası müraciəti və Cənub-Şərqi Asiyaya spontan səyahət sirlərini ətraflı müzakirə etdik.
• Şengen vizası üçün sənədlər necə hazırlanmalıdır və profil nədir?
• İtaliya, Avstriya və Almaniya səfirliklərindən viza almaq asandır?
• Ucuz aviabilet və hotel bron etmək üçün 180 gün rejiminin önəmi.
• Şri-Lanka turu və Tailand vizası (Visa on Arrival) qaydaları.
• Tranzit uçuşlarda bəyannamə (deklarasiya) formalarının doldurulması.
Podcast reviews
Read PLANET FM podcast reviews
Podcast sponsorship advertising
Start advertising on PLANET FM relevant audience podcasts
You may also like to advertise on these Podcasts

4.6908522
You Can Heal Your Life ™
Hay House

4.41164993
Extratime
Major League Soccer

4.8815227
ArtCurious Podcast
Jennifer Dasal/ArtCurious

4.9328211394
REAL AF with Andy Frisella
Andy Frisella

3.99008560
20/20
ABC News

4.91363711
The Learning Leader Show With Ryan Hawk
Ryan Hawk

4.92112501
the bossbabe podcast
Natalie Ellis

4.3385801993
The Megyn Kelly Show
SiriusXM

4.947711411
The Shawn Ryan Show
Shawn Ryan

4.5185359
Who, When, Wow!
Tinkercast | Wondery
